İsveçrə səfiri: “Şirkətlərimiz Azərbaycanda çox fəaldır”

“Azərbaycanla İsveçrə arasında çox yaxşı ikitərəfli əlaqələr mövcuddur”. 

 
 
APA-nın xəbərinə görə, bunu İsveçrənin Azərbaycandakı səfiri Filip Stadler bu gün keçirilən mətbuat konfransında deyib.
 
 
Səfir bildirib ki, ötən il İsveçrə tərəfindən qəbul edilmiş 4 illik strategiyada Azərbaycanla bağlı iki prioritet nəzərdə tutulub: " Bu prioritetlər Azərbaycanda maliyyə dəstəyi və kiçik, eləcə də orta sahibkarlığın inkişafını əhatə edir". 
 
 
İsveçrə iqtisadiyyatının yüksək səviyyədə olduğunu vurğulayan səfir deyib ki, İsveçrənin iqtisadi durumunun güclənməsi əsas partnyorlar olan ABŞ və Avrozona iqtisadiyyatında 10 faiz artım olması ilə əlaqəlidir: "Bu il İsveçrədə ümumdaxili məhsulun artımı 2,3 faiz təşkil edir. İsveçrə ixraca yönəlik ölkədir. Ölkəmizdə işsizlik həcmi 3 faizdən aşağı, inflyasiya isə 0,5 faizdir".
 
 
Səfirin  sözlərinə görə, İsveçrə şirkətləri Azərbaycanda çox fəaldır: " Burada 20-dən artıq şirkətimiz nümayəndəlik ya da idxal vasitəsilə fəaliyyətdədir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 200 milyon ABŞ dollarına bərabərdir. Bu, ötən illərlə müqayisədə azdır, ancaq iqtisadi əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminik".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • movlud cavusoglu azerbaycana sefer edecek yenilenib
    Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək - YENİLƏNİB...
  • yug teatrinin yeni direktoru kollektive teqdim edilib
    YUĞ Teatrının yeni direktoru kollektivə təqdim edilib
yug teatrinin yeni direktoru kollektive teqdim edilib yug teatrinin yeni direktoru kollektive teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027