İyulun 31-də 73 dövlət əmlakı hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyulun 31-də keçiriləcək.

 

Komitədən “APA-Economics”ə verilən xəbərə görə, investorların özəlləşmə prosesinə marağını nəzərə alaraq iyulun son hərracına müxtəlif çeşidli 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyəti, 31-i kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir.

 

Hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Əli Bayramlı Kimyəvi Təmizləmə”, “Xosrov Metal Plastmas”, “Astara çay-3”, “Sabunçu Ticarət Təchizat”, “Ağcabədi Aqrotexservis”, “Ucar ağac emalı” kimi səhmdar cəmiyyətləri var. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Nizamnamə kapitalı 90 min manat olan Sabunçu Ticarət Təchizat” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin hərracda 44%-nin satılması nəzərdə tutulub.

 

Kiçik dövlət müəssisələri paytaxtla yanaşı Göygöl, Qazax, Goranboy, Lənkəran və digər regionlarda yerləşir. Bu əmlaklar üçün təyin olunan ilkin qiymət 2 min və 500 min aralığındadır. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi isə 35 kv.m ilə 9 min kv.m arasında dəyişir. Bu dövlət əmlaklarına "Qubek Otel" İstirahət Zonası, Məmmədyarov kinoteatrı, "Çiçək" Sağlamlıq Mərkəzi və investora  yüksək səmərə verəcək digər obyektlər aiddir. Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Əmlak kompleksi müxtəlif biznes sahələrində investora yüksək gəlir gətirə biləcək. Adı çəkilən dövlət əmlakının ümumi faydalı sahəsi 1 min 169 kv.m, ilkin hərrac qiyməti isə 500 min manatdır.

 

Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Suraxanı, Səbail, Nərimanov, Xətai və digər rayonlarında yerləşir. Hərraca çıxarılan belə əmlakların ümumi faydalı sahəsi 14 kv.m ilə 295 kv.m intervalında dəyişir. Bu isə vətəndaşların seçim şansını artırır. Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən qeyri-yaşayış sahəsi ilkin hərrac qiyməti 75 min manat, ümumi faydalı sahəsi 295 kv.m olmaqla investorlara təklif  olunur. Bu obyekt ictimai iaşə və xidmət sahəsində sahibinə gəlir qazandıra bilər.

 

Hərraca çıxarılan nəqliyyat vasitələri buraxılış tarixləri 2006, 2007-ci illər, markaları BMW, Nissan və Fiat olmaqla vətəndaşlara təklif olunur.

 

Qeyd edək ki, olduqları məkandan asılı olmayaraq hər kəs hərraclarda iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür.

 

 

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273