İyunda 177 dövlət əmlakı hərraca çıxarılacaq

iyunda 177 dovlet emlaki herraca cixarilacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 iyunda növbəti hərrac keçiriləcək.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, budəfəki hərraca 177 dövlət əmlakı çıxarılıb.

 

Bunlardan 18-i səhmdar cəmiyyətləri, 96-sı kiçik dövlət müəssisə və obyekti, 58-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

 

Hərracda əmlak sahibi olmaq üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş vermək, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödəmək lazımdır. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

 

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılan müəssisələr sırasında Qusar Tədarük Satış Bazası, Şəmkir yun tədarükü məntəqəsi kimi iri dövlət əmlakları var.

 

Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir yun tədarükü məntəqəsi belə əmlaklardandır. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 3 min 500 kvadratmetrə yaxın, torpaq sahəsi isə 6 mindən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi geyim tələbatının ödənilməsi üçün lazım olan xammalın əldə edilməsinə öz töhfəsini verə bilər.

 

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Xəzər rayonunda yerləşən Mərdəkan restoranını misal göstərmək olar. Əmlakın ümumi faydalı sahəsi 2 min kvadratmetrə yaxındır.

 

Nəqliyyat vasitələri sırasında ili yeni olan Avropa istehsalı avtomobillər üstünlük təşkil edir.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273