"Mardan Palace" hotelinin rəhbəri dəyişib

mardan palace hotelinin rehberi deyisib

Türkiyənin Antalya şəhərində yerləşən "Mardan Palace" hotelinin baş direktoru dəyişib.

 

"APA-Economics" xəbər verir ki, Çetin Pehlivan baş direktor vəzifəsindən azad olunub. Onu Selçuk Şentepe əvəzləyib.

 

Qeyd edək ki, S. Şentepe 2008-ci ildən etibarən "Mardan Palace" hotelində müxtəlif vəzifələri tutub.

 

Qeyd edək ki, "Mardan Palace" 2009-cu ildən etibarən fəaliyyətə başlayıb. Hotel Azərbaycan əsilli iş adamı T. İsmayılova 1,4 mlrd. dollara başa gəlib.

 

Xatırladaq ki, T. İsmayılov "APA-Economics"ə müsahibəsində "Mardan Palace" hotelinin onun əlindən çıxdığını bildirib: "Bu hoteli mən atamın şərəfinə inşa etdirmişəm və arzumu reallaşdırmışam. Həmişə istəmişəm ki, valideynlərim mənimlə fəxr etsinlər. Bu hotel məhz bu məqsədlə inşa edilib. Deyilənlərin və mətbuatın təqdim etdiklərinin əksinə olaraq heç kimə heç nəyi sübut etmək istəmirəm. Əslində "Mardan Palace" arzularımın mücəssəməsidir. Hər bir insanın bir arzusu var, mənə isə onu reallaşdırmaq nəsib oldu. Hazırda "Mardan Palace" mənim olmasa da, amma o mənim arzularımın mücəssəməsi olaraq qalacaq və hamı biləcək ki, bu oteli mən inşa etmişəm. "Mardan Palace" hotelinin yerləşdiyi yerlərin bataqlıq olan vaxtlarını xatırlayıram. Layihəçilərimlə birlikdə bataqlıq çəkmələrimi geyinib gələcək otelin ərazisində gəzirdim və bir gün burada otelimin olacağını təsəvvür edirdim. Mətbuatın qərəzinə baxmayaq, indi bu otel mübaliğəsiz Türkiyənin ən gözəl otellərindən biridir".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:10 27 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • socar in terefdasi ukraynanin bas nazirine muraciet edib
    SOCAR-ın tərəfdaşı Ukraynanın baş nazirinə müraciət edib...
  • bakinin daha bir kucesinde yol hereketinde deyisiklik edilib
    Bakının daha bir küçəsində yol hərəkətində dəyişiklik edilib...
bakinin daha bir kucesinde yol hereketinde deyisiklik edilib bakinin daha bir kucesinde yol hereketinde deyisiklik edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7201
 
EUR
1.8654
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ