Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyası təbii qazın keyfiyyətindən narazılıq edib

meyve terevez ixracatcilari assosiasiyasi tebii qazin keyfiyyetinden naraziliq edib

"Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyası SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin göstərdiyi xidmətdən və verilən təbii qazın keyfiyyətindən narazıdır".

 

“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bu gün Bakıda keçirilən “Kənd təsərrüfatı inkişafının müasir tendensiyası” adlı tədbirdə bildirib.

 

Onun sözlərinə görə, bu gün meyvə-tərəvəz istehsalçılarının və ixracatçılarının əsas işi təbii qazdan asılıdır: “Ancaq buna baxmayaraq məhsullarımızın maya dəyərinin böyük bir hissəsini qaza görə ödənişlə bağlıdır . “Azəriqaz”ın xidməti və verilən keyfiyyət isə bizi qane etmir”.

 

O bildirib ki, bu ilin oktyabr ayında yeni isitmə mövsümü başlayacaq: “Təklif  edirəm ki, o vaxta qədər bu məsələlər assosiasiya tərəfindən müzakirə edilsin. İnanıram ki, o vaxta qədər Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasının növbəti iclası keçiriləcək. Biz “Azəriqaz”a və SOCAR-a qazın maya dəyərinin aşağı salınması və keyfiyyətinin artırılması ilə bağlı öz təkliflərimizi verək. Əgər bütün bunlar edilsə, Azərbaycanın meyvə-tərəvəz istehsalı və ixracı daha da artacaq və istehsalın maya dəyəri də ucuzlaşar”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273