"Bakelektro"nun əsas rəqibi özəlləşdirilir

bakelektro nun esas reqibi ozellesdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi "Bakı Elektroavtomat" ASC-ni investisiya müsabiqəsinə çıxarıb.

 

Komitədən "APA-Economics"ə verilən məlumata görə, müəssisə 1961-ci ildə istismara verilib. Zavod 1990-cı ildən 2002-ci ilə kimi fəaliyyətini dayandırıb, 2003-cü ildən isə işini qismən bərpa edib. 19 iyul 2001-ci ildə Bakı Elektroavtomat zavodunun əsasında "Bakı Elektroavtomat" ASC yaradılıb.

Müəssisə sənayenin bütün sahələrində elektrik enerjisi bölüşdürən cihazları artıq elektrik yüklənməsindən və qısa qapanmadan qoruyan, habelə cihazlara avtomatik nəzarət etmək imkanı verən aşağıgərginlikli elektrik avadanlıqları istehsal edib.

İstehsal həcminə gəlincə, müəssisə ildə 4-5 min ədəd müxtəlif çeşidli elektrik avadanlıqları istehsal edilib.

ASC-nin nizamnamə kapitalı 1 mln. 255 min 478 manatdır. Şirkət tərəfindən 627 min 739 ədəd adi, sənədsiz adlı səhm buraxılıb. Satılmış səhm zərfinin həcmi: 4 min 143 ədəddir (0,66 %). Hazırda satılan səhm zərfinin həcmi 623 min 596 ədəd (99,34%) təşkil edir.

 

Əsas xammal daxili bazardan alınır.


Müəssisə son maliyyə ilində 116 min 917 manat gəlir və 44 min 826 manat zərər əldə edib.

 

ASC-nin kreditor borclarının həcmi 893 min 334 manatdır.

 

Müəssisənin imkanlarına gəlincə, vaxtilə müəssisə ölkənin ən iri şirkətləri olan SOCAR və "Azərişıq" ASC üçün sifarişlər yerinə yetirmiş və bu bazarı qismən də olsa qaytarmaq imkanı mövcuddur.

 

"Bakı Elektroavtomat" ASC-yə 1,5 mln. dollara yaxın məbləğdə investisiyanın yatırılacağı təqdirdə müəssisə fəaliyyətini genişləndirmək imkanlarına malik olacaq. Belə ki, bu investisiyalar en kəsiyi 10 mm2-dən 240 mm2-ə qədər olan mis, alüminium şinlərin, vərəqlərin, ucluqların və elektrik gilizlərin istehsalının təşkili, habelə tökmə işlərinin təkmilləşdirilməsi və xammal təminatının artırılmasına yönəldiləcək. Avadanlıqların istehsalına ildə 180-200 min ədəd olmaqla şin və alüminium ucluqlara, ayırıcılar üçün mis dodaqlara, elektrik gilizlərə ehtiyac var. Hal-hazırda bu tələbat ölkə xaricindən, MDB dövlətlərindən, Avropa və Asiya ölkələrindən külli miqdarda idxal olunan elektrik hissələri hesabına ödənilir. Bu isə daxildə istehsal olunan məhsulların maya dəyərinə təsir edərək qiymətlərin artmasına zəmin yaradır və istehsalda maya dəyərinin 70-75 faizini təşkil edir.

 

Müəssisə daxili bazarın təqribən 5-10 %-nə malik olub. İstehsal olunan elektrik avadanlıqlarının 90%-i ölkə daxilində əsasən tikinti, energetika, neft, qaz və rabitə sənayesində, 10 faizi isə Türkmənistan, Gürcüstan və s. MDB dövlətlərinə ixrac olunub.

Müəssisənin daxili bazarda əsas rəqibi "Bakelektro" ASC-dir. Hazırda bazarın 75%-ə qədəri məhz bu şirkətə məxsusdur. Bununla yanaşı bazarda xaricdən (Çin, Türkiyə, Almaniya, İtaliya və s.) idxal olunan məhsullar da var ki, onların bazardakı xüsusi çəkisi 10%-ə qədərdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida iki avtobus toqqusub
    Bakıda iki avtobus toqquşub
  • mudafie nazirliyinin rehberliyi veziyyetle tanis olmaq ucun cebheye yollanib
    Müdafiə Nazirliyinin rəhbərliyi vəziyyətlə tanış olmaq üçün ...
mudafie nazirliyinin rehberliyi veziyyetle tanis olmaq ucun cebheye yollanib mudafie nazirliyinin rehberliyi veziyyetle tanis olmaq ucun cebheye yollanib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2017

USD
1.7447
 
EUR
1.8426
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ