Nazir müavini: " Müxtəlif ölkələrdə Azərbaycan Ticarət Evlərinin yaradılması ilə bağlı təhlillər aparırıq"

nazir muavini muxtelif olkelerde azerbaycan ticaret evlerinin yaradilmasi ile bagli tehliller apaririq

"Azərbaycan bir çox ölkələrdə Ticarət Evlərinin açılması ilə bağlı tədbirləri davam etdirir".

 

“APA-Economics”in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün AZPROMO-nun fəaliyyəti, “Made in Azerbaijan” brendinin təbliği sayəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan üçün prioritet bazarlarda ticarət evlərinin yaradılması planlaşdırılır: “Bu il Çin Xalq Respublikasında Şərab Evinin açılması nəzərdə tutulur. Bu da bir növ Ticarət Evi olacaq. Növbəti aylarda Ukrayna və Latviyada Azərbaycan Ticarət Evinin açılışı olacaq. Bu ayın sonuna qədər Ukraynada Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulur”.

 

Nazir müavini bildirib ki, eyni zamanda Azərbaycanın Rusiya Federasiyasında, Birləşmiş Ərəb Əmirliklərində ticarət evlərinin açılması ilə bağlı planları var: "Biz digər ölkələrdə də Ticarət Evlərinin yaradılması ilə bağlı təhlillər aparırıq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ev yanib 2 nefer xilas edilib
    Bakıda ev yanıb, 2 nəfər xilas edilib
  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267