Nazir müavini: “Son 5 ildə Avropa İttifaqının Azərbaycana investisiyaları 15,3 milyard dollara çatıb”

nazir muavini son 5 ilde avropa ittifaqinin azerbaycana investisiyalari 15 3 milyard dollara catib

"Biznes forumlar Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında işgüzar əlaqələrin qurulması imkanlarını və onların daha da yaxınlaşmasını daha da genişləndirir".

 

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib.

 

Onun sözlərinə görə, bu gün Aİ Azərbaycanın əsas xarici tərəfdaşıdır: "Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və əlaqələr həm siyasi, həm də iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti 2017-ci ildə, ümumilikdə isə son 10 ildə Avropa İttifaqına 7 səfər edib, rəhbər şəxslərlə görüşlər keçirib və müzakirələr aparıb. Avropa İttifaqının bir sıra qurumlarının rəhbər şəxsləri ölkəmizdə səfərdə olublar. Azərbaycan və Aİ arasında müxtəlif sahələri əhatə edən hüquqi baza yaradılıb. 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz olub və 9,4 milyard dollar təşkil edib. 2018-ci ilin ilk 4 ayında isə bu göstərici 15 faiz təşkil edib və 3,7 milyard dollar olub. Son 5 ildə Avropa İttifaqı Azərbaycana 15,3 milyard ABŞ dolları investisiya yatırıb".

 

Nazir müavini qeyd edib ki, Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının bir sıra ölkələri (Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşa və s.) ilə Azərbaycan arasında ticarət palataları fəaliyyət göstərir: "2012-ci ildən indiyədək Avropa İttifaqına üzv ölkələrlə 130-a yaxın tədbir keçirilib. Azərbaycan Avropa İttifaqının əsas enerji partnyorlarındandır. Bu yaxınlarda açılışı olmuş Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir. Yaxın vaxtlarda TANAP layihəsi də istifadəyə veriləcək və bu layihə Azərbaycan qazını birbaşa Avropaya çatdıracaq".

 

R.Məmmədov əlavə edib ki, Avropa İttifaqının 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişləri, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb. Onun sözlərinə görə, 16 üzv ölkə ilə 17 Hökumətlərarası Komissiya və İşçi Qrupu, İdarəetmə Komitəsi fəaliyyət göstərir: "Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu alətlər çərçivəsində indiyədək Azərbaycana 600 milyon avroya yaxın yardım göstərilib".

 

Rüfət Məmmədov qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması məqsədilə iqtisadi islahatlar davam edir: "Artıq Qida Təhlükəsizliyi, Kiçik və Orta Sahibkarlığın İnkişafı, Turizm, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət agentlikləri, İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. Qarşıda duran əsas vəzifələrdən biri qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, qeyri-neft ixracının artırılması, ixracın diversifikasiyasıdir və bu məqsədlə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi, tranzit imkanlarından səmərəli istifadəyə dair müxtəlif tədbirlər həyata keçirilir. Yoxlamaların dayandırılması 2021-ci ilə kimi uzadılıb, “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib. Hazırda qanunvericilik təkmilləşdirilir, inzibati proseduralar sadələşdirilir, elektron xidmətlərin tətbiq dairəsi genişləndirilir, vergi və gömrük sahəsində islahatlar aparılır. Bundan başqa, 5 sənaye parkı, 4 sənaye məhəlləsi yaradılıb. Artıq sənaye parklarına 2,5 mlrd. dollar investisiya yatırılıb, qarşıdakı illərdə isə 1,1 mlrd. dollar investisiya qoyulacaq. Sənaye parklarında 11 mindən çox yeni iş yeri yaradılıb. Tranzit potensialının realaşdırılması üçün 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, bu il Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi açılıb. İxracın genişləndirilməsi üçün “Made in Azerbaijan” brendi təşviq olunur, ixracatçılar üçün 11 dövlət dəstəyi mexanizmi tətbiq olunur".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lerik sakini golde batib yenilenib
    Lerik sakini göldə batıb - YENİLƏNİB
  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267