Nazirlik: Ötən il qeyri-qanuni işdən çıxarılan 30 nəfər işə bərpa olunub

nazirlik oten il qeyri qanuni isden cixarilan 30 nefer ise berpa olunub

Ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaşların müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində ümumilikdə 928 min 995 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Ecoonmics"ə verilən məlumata görə, həmin məbləğin 85,8%-ini gecikdirilmiş əmək haqları, 12,1%-ini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Bir sıra vətəndaş müraciətlərində isə ayrı-ayrı şəxslərin işdən qeyri-qanuni şəkildə azad edildikləri ifadə olunub. Belə müraciətlərin araşdırılması zamanı 30 nəfər işçi ilə əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyi aşkar edilib və görülən tədbirlər nəticəsində həmin vətəndaşlar əvvəlki iş yerlərinə bərpa olunublar.

 

Qeyd olunan tədbirlərlə yanaşı, Dövlət Xidmətinin əməkdaşları əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi, əmək müqaviləsinə hansı hallarda xitam verilməsi, əməyin mühafizəsi, işçilərə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı əmək qanunvericiliyinin tələbləri barədə işəgötürənlərə ətraflı məlumatlar veriblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sofiyada azerbaycan filmi gecesi kecirilib
    Sofiyada “Azərbaycan filmi” gecəsi keçirilib
  • tehranin ilk coxmertebeli binasinin cokmesi neticesinde olenlerin sayi 50 ye catib yenilenib
    Tehranın ilk çoxmərtəbəli binasının çökməsi nəticəsində ölən...
tehranin ilk coxmertebeli binasinin cokmesi neticesinde olenlerin sayi 50 ye catib yenilenib tehranin ilk coxmertebeli binasinin cokmesi neticesinde olenlerin sayi 50 ye catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Yanvar, 2017

USD
1.8311
 
EUR
1.9483
 
RR
0.0308
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ