Nazirlik sahibkarlara xəbərdarlıq edib

nazirlik sahibkarlara xeberdarliq edib

"Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən özəl sektora aid müəssisələrdə heç bir yoxlama həyata keçirilmir". Bunu "APA-Economics"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

 

E. Babayevin qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrı-ayrı şəxslərin özlərini "əmək müfəttişləri" kimi təqdim edərək bəzi sahibkarlıq obyektlərində yoxlamalar aparmaq istəməsi faktları barədə məlumatlar daxil olub: "Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarların diqqətinə çatdırır ki, ölkəmizdə sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində aparılan işlərin davamı olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2015-ci ilin noyabr ayından özəl sektora aid müəssisələrdə yoxlamaların aparılması iki il müddətinə dayandırılıb. Həmin vaxtdan etibarən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də özəl sektora aid müəssisələrdə heç bir yoxlama həyata keçirilmir. Hazırda bu və ya digər sahibkarlıq obyektində kiminsə özünü “əmək müfəttişi” kimi təqdim edərək yoxlama aparmaq istəməsi də dələduzluqdan başqa bir şey deyil. Ona görə də sahibkarlardan belə halla qarşılaşdıqları təqdirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzinə dərhal məlumat vermələri xahiş olunur".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabah hava yagmursuz olacaq
    Sabah hava yağmursuz olacaq
  • almaniyanin futbol uzre milli komandasi bakiya gelib
    Almaniyanın futbol üzrə milli komandası Bakıya gəlib
almaniyanin futbol uzre milli komandasi bakiya gelib almaniyanin futbol uzre milli komandasi bakiya gelib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ