Özəlləşdirməyə çıxarılan "Sumqayıt Superfosfat"a tələb olunan investisiyanın həcmi açıqlanıb

Əmlak Məsələləri Dövlət Komitəsi "Sumqayıt Superfosfat" ASC-ni investisiya müsabiqəsinə çıxarıb.

 

"APA-Economics" xəbər verir ki, Sumqayıt superfosfat zavodu 1961-ci ildə sulfat turşusu və sadə superfosfat gübrəsinin istehsalı məqsədi ilə istismara verilib. 2001-ci ildə zavodun bazasında "Sumqayıt Superfosfat" ASC yaradılıb. Fəaliyyət göstərdiyi dövrdə müəssisənin 3000 nəfərə qədər işçi heyəti olub. Zavodun Sumqayıt şəhərində tikilməsində əsas məqsəd şəhərin kimya zavodlarını, respublikanın neft emalı və energetika müəssisələrini sulfat turşusu ilə təmin etmək, zavodlarda alınan işlənmiş turşunu da istifadə etməklə superfosfat gübrəsi istehsal edilərək Şimali Qafqaz respublikalarının mineral gübrəyə olan tələbatını ödəmək olub.

 

Zavodda sulfat turşusu, oleum, dənəvər superfosfat (açıq və 50 kq-lıq taralarda qablaşdırılmış), akkumulyator turşusu, alüminium sulfat (bərk və maye), alüminium ftor, şomot tozu, silisium gili, diabaz unu və başqa kimyəvi məhsullar istehsal olunub.

Müəssisə hal-hazırda fəaliyyət göstərmir. Xammalı yoxdur, satış bazarları isə itirilib. Avadanlıqların istismar müddəti başa çatıb. İnvestisiya qoyuluşuna ehtiyac var.

 

Şirkətin nizamnamə kapitalı 7 mln. 544 min 936 manatdır. ASC tərəfindən 3 mln. 772 min 468 ədəd adi, sənədsiz adlı səhm buraxılıb. Satılmış səhm zərfinin həcmi 6 min 362 ədəddir (0,17%). Hazırda 3 mln. 766 min 106 ədəd səhm satışa çıxarılıb.
 

Müəssisə son maliyyə ilində 116 min 917 manat gəlir, 44 min 826 manat zərər əldə edib.
 

Hazırda zavodun işçilərinin sayı 114 nəfər təşkil edir.

 

Müəssisənin 3 mln. 138 min 699 manat məbləğində kreditor borcları var.

 

Müəssisənin imkanlarına gəlincə, vaxtilə ildə 1,2 mln. ton fosfat gübrəsi istehsal gücü olan "Sumqayıt Superfosfat" ASC-də istehsal edilən məhsulun 450 min tonu Azərbaycanın daxili tələbatına qalan hissəsi isə digər İttifaq respublikalarına göndərilib. Xammal idxalının Ukraynadan və Rusiyadan olması nəticəsində Azərbaycanda istehsal edilən 1 ton fosfat gübrəsinin maya dəyəri təqribən 282 dollar təşkil edir. Dünya bazarlarında 1 ton fosfat gübrəsinin qiymətinin təqribən 350-450 dollar arasında olduğunu nəzərə alsaq məlum olur ki, Azərbaycanda istehsal ediləcək məhsulun qiymət üzrə rəqabətliliyi heç də aşağı deyil.

 

"Sumqayıt Superfosfat" ASC-yə 2,5 mln. dollara yaxın məbləğdə investisiyanın yatırılacağı təqdirdə müəssisə fəaliyyətini genişləndirmək imkanlarına malik olacaq. Fosfat gübrəsi ilə yanaşı, müəssisənin istehsal etdiyi digər bir məhsul-sulfat turşusu istehsalının da yeni bazarlar əsasında genişləndirilməsi imkanlarını nəzərə alınmaqla investisiya planlarının hazırlanması mümkündür. Digər tərəfdən ilk mərhələdə müəssisənin mövcud istehsal sahəsində işlək vəziyyətdə olan illik 10 min ton istehsal gücü olan istehsal xəttinin kiçik həcmdə investisiya qoyuluşu ilə işə salınması da məqsədəuyğun hesab olunur.

 

Azərbaycanda istehsal edilən fosfat gübrəsi üçün region ölkələri kimi, Türkiyə və İrana potensial ixrac bazarları kimi baxmaq olar. Bundan başqa, bəzi Şərqi Avropa ölkələri də fosfat gübrəsi üzrə tələbatlarını əsasən idxal hesabına ödədiklərindən, bu ölkələr də potensial ixrac bazarları kimi nəzərə alına bilər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ