Prezident Gəncədə ticarət kompleksinin açılışında iştirak edib

prezident gencede ticaret kompleksinin acilisinda istirak edib

Azərbaycan prezidenti İlham Əliyev Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib.

 

APA-nın məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev prezident İlham Əliyevə “Grand Qafqaz” Ticarət Kompleksi barədə məlumat verib.

 

Bildirilib ki, kompleksin inşasına 2014-cü ilin may ayında başlanılıb, 2017-ci ilin oktyabr ayında isə tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 20 hektar, tikintialtı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik “modul” tipli beş “Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb.

 

Ticarət kompleksinin istifadəyə verilməsi nəticəsində 5 min nəfər yeni iş yeri ilə təmin ediləcək.

 

Prezident İlham Əliyev kompleksin meyvə-tərəvəz satışı sahəsi ilə tanış olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • banm ve bmt nin unitar teskilati arasinda memorandum imzalanib
    BANM və BMT-nin UNITAR təşkilatı arasında memorandum imzalan...
  • muhendis qosunlarinin telimi kecirilir
    Mühəndis Qoşunlarının təlimi keçirilir
muhendis qosunlarinin telimi kecirilir muhendis qosunlarinin telimi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267