PwC Azərbaycan “Şəffaflığa doğru birlikdə” mövzusunda Vergi Konfransına dəstək olub

pwc azerbaycan seffafliga dogru birlikde movzusunda vergi konfransina destek olub

Bu gün  PwC Azərbaycanın ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev Vergilər Nazirliyi və Azərbaycandakı Amerika Ticarət Palatası tərəfindən kecirilən sayca 6-cı illik vergi konfransında cıxış edib.

 

APA-nın xəbərinə görə, "Vergi öhdəliyinin əvvəlcədən müəyyən edilməsi və könullu əməletmə" mövzusunda çıxış edən Mövlan Paşayev şəffaflıq prosesin əsasını təşkil edən vergi öhdəliyinin öncədən müəyyən edilməsi üçün əhəmiyyətli olan yeni normalar haqqında danışıb.

 

"Vergi öhdəliyinin öncədən müəyyənləşdirilməsi konsepsiyasının təqdim edilməsi ölkəmizin vergi sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, vergi ödəyiciləri və vergi orqanları arasındakı əməkdaşlığı yeni bir səviyyəyə qaldırmaqla bərabər vergi inzibatçılığının da yüngülləşdirilməsi istiqamətində irəliyə doğru atılmış bir addımdır"- deyə Mövlan Paşayev vurğulayıb.

 

Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı davamlı şəkildə təkliflər irəli sürən və bu dəyişikliklərin qəbul olunmasi prosesində fəal iştirak edən PwC Azerbaycanın əsas məqsədi cəmiyyətdə etimad yaradaraq, işgüzar mühiti təkmilləşdirmək ve dövlətə bu mühüm transformasiya prosesində dəstək olmaqdır.

 

Konfransdan sonra, Vergilər Nazirliyi ilə PwC Azərbaycan və “Böyük Dördlüyə” daxil olan digər şirkətlər arasında əməkdaşlığa dair memorandum sazişi imzalayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerde aciq qapi gunu kecirilib
    Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib
  • bakida top mermisi tapilib
    Bakıda top mərmisi tapılıb
bakida top mermisi tapilib bakida top mermisi tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ