Qablaşdırma Sənayesi Assosiasiyası yaradılıb

qablasdirma senayesi assosiasiyasi yaradilib

Ölkədə fəaliyyət göstərən qabaqcıl qablaşdırma məhsulları istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası təsis olunub.

 

APA-Economics” xəbər verir ki, qablaşdırma məhsullarının istehsalı və ixracı ilə məşğul olan 30-a yaxın sahibkar, habelə aidiyyəti qurumların nümayəndələri iştirakı ilə keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək sahibkarlığın inkişafının, əlverişli biznes mühitinin yaradılmasının Azərbaycan prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqaməti olduğunu vurğulayıb.

 

S.Məmmədov sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasının, lisenziya və icazə sisteminin təkmilləşdirilməsinin, apellyasiya şuralarının yaradılmasının, dövlət satınalmalarında yerli mallar üçün güzəştlərin tətbiqi və şəffaflığın artırılmasının, investisiya və ixrac təşviqi mexanizmlərinin özəl sektorun inkişafında xüsusi rol oynadığını qeyd edib. Konfransda tara və qablaşdırma istehsalının ölkədə təşkili və bu sahədə idxaldan asılılığın aradan qaldırılması ilə bağlı qablaşdırma məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək və onların qarşılaşdıqları problemlərin həlli məqsədilə yaradılacaq assosiasiyanın fəaliyyəti də sahibkarlığın inkişafı, eləcə də qablaşdırma istehsalının artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. İqtisadiyyat Nazirliyi tərəfindən assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcəkdir.

 

Sonra Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov çıxış edərək son illər qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib, konfederasiyanın yeni yaradılacaq assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.

 

İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elçin İbrahimov isə tədbir iştirakçılarına beynəlxalq təcrübədə geniş yayılmış bu cür assosiasiyaların fəaliyyəti və onların sahibkarlığın inkişafında rolu barədə məlumat verib. Sonra tədbir iştirakçılarının təklifi əsasında “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”nın təsis edilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, qurumun nizamnaməsi təsdiq olunub, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. “Kartonpak” MMC-nin rəhbəri Kamran Hacızadə assosiasiyanın İdarə Heyətinin sədri seçilib.

 

Göstərilən etimada görə təşəkkürünü bildirən K.Hacızadə “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”nın fəaliyyətinin qablaşdırma məhsullarının istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlar arasında assosiativ əlaqələrin qurulması, onların qarşılaşdıqları problemlərin birgə həlli, eləcə də ixrac imkanlarının genişləndirilməsi baxımından səmərəli olacağını qeyd edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ