Rüsumsuz ticarət mağazalarına nəzarətin təşkilində vergi orqanları iştirak edəcək

rusumsuz ticaret magazalarina nezaretin teskilinde vergi orqanlari istirak edecek

Bu il avqustun 1-dən rüsumsuz ticarət mağazalarına nəzarətin təşkilində gömrük orqanları ilə bərabər vergi orqanlarının iştirakı da təmin ediləcək.

 

APA-nın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb.

 

Tədbirlər Planına əsasən Dövlət Gömrük KomitəsiVergilər Nazirliyi avqustun 1-dək vergi orqanları əməkdaşlarının rüsumsuz ticarət mağazası yerləşən zonaya buraxılması, mal anbara boşalan zaman vergi və gömrük orqanları əməkdaşlarının birgə nəzarəti və rüsumsuz ticarət mağazalarında malların satışı qaydalarının, malların çeşidinin və satış həcminin dəqiqləşdirilməsini təmin etməlidir. Bu məqsədlə Nazirlər Kabinetinin 2013-cü il 30 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları”nda dəyişikliklər ediləcək.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273