Şahin Mustafayev: “Əczaçılıq məhsullarının istehsalı sahəsində İran müəssisələri ilə də əlaqələr qurula bilər”

sahin mustafayev eczaciliq mehsullarinin istehsali sahesinde iran muessiseleri ile de elaqeler qurula biler

İranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İranın Səhiyyə, müalicə və Tibb təhsili naziri Həsən Qazizadə Haşimi ilə görüşüb.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əməkdaşlığın digər sahələrlə yanaşı, səhiyyə sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

 

Ş. Mustafayev qeyd edib ki, İranın tibb sahəsində ixtisaslaşmış bir sıra ali təhsil müəssisələrinin rəhbərləri Azərbaycanda səfərdə olub, Azərbaycanın Tibb Universiteti ilə Təbriz Tibb Universiteti arasında Memorandum imzalanıb, Pirallahı Sənaye Parkında İranla birgə əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması işləri davam etdirilir. Azərbaycanın iqtisadiyyat naziri vurğulayıb ki, əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər.

 

Görüşdə Azərbaycanda birgə dərman istehsalı, müalicə işinin birgə təşkili, səhiyyə sahəsində birgə elmi-tədqiqatların aparılması, tibbi kadrların hazırlanması, İranın Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kim cen inin cine seferi baslayib yenilenib
    Kim Çen Inın Çinə səfəri başlayıb - YENİLƏNİB
  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272