Səfir: "Azərbaycan investisiya baxımından cazibədar ölkədir"

sefir azerbaycan investisiya baximindan cazibedar olkedir

Çinin Azərbaycandakı səfiri Vey Cinhua Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.


"APA-Economics" xəbər verir ki, görüşdə Azərbaycan və Çin, o cümlədən Caspian European Club (Caspian Business Club), Caspian American Club  və Caspian Energy İnternational Media Group ilə informasiya əməkdaşlığının genişləndirilməsinin perspektivlərinə toxunulub.

 

Səfir Çinin Xəzəryanı ölkələrlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində göstərilən səylərə görə Kluba minnətdarlığını bildirib. "Səfirliyimiz tərəfindən sizinlə əməkdaşlığı davam etdirməyə və möhkəmləndirməyə hazırıq", - deyə o vurğulayıb.

 

V.Cinhua eyni zamanda qeyd edib ki, "şirkətlərimiz arasında qarşılıqlı anlaşma hələ yetərincə deyil. Çin və Azərbaycan biznesmenləri qarşı tərəf  barədə az məlumat alırlar”. Bununla əlaqədar Səfir CEİBC-in Çin müəssisələrinin Xəzəryanı dövlətlərin müəssisələri ilə qarşılıqlı tanışlığında daha fəal rol oynaya biləcəyinə ümid bəslədiyini ifadə edib ki, bu da öz növbəsində əməkdaşlığı genişləndirməyə və daha çox birgə layihələr həyata keçirməyə imkan verəcək. “Çinin CNPC şirkəti  sizin yerli şirkətlərinizlə sıx əməkdaşlıq qurub. Onlar Azərbaycanda çoxdan fəaliyyət göstərirlər. Lakin hal-hazırda onlar üçün daha yaxşı şərait yaranıb və şirkət Azərbaycandakı SOCAR kimi patnyorları ilə  uzunmüddətli fəaliyyət planı tərtib etməyə hazırdır”, - deyə səfir vurğulayıb.

 

“Səfirlik yaxın illərdə iki ölkə arasında müxtəlif sahələrdə işgüzar əməkdaşlığı bundan sonra da dərinləşdirmək və genişləndirmək məqsədilə Azərbaycan və Çin rəhbərlərinin qarşılıqlı səfərlərini təşkil etmək istərdi”, - deyə o çıxışına davam edib.

 

Səfir qeyd edib ki, Azərbaycan Çin şirkətləri üçün investisiya baxımından cazibədar ölkədir. "Əlbəttə ki, bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə tarixi səfərinin böyük rolu olub. Həmin səfər zamanı birgə “Böyük İpək Yolu iqtisadi kəməri”nin yaradılması üzrə memorandum imzalanıb. Bu, ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün möhkəm bünövrədir", - deyə Səfir vurğulayıb.

 

Görüşün sonunda Səfir Caspian Energy-yə eksklüziv müsahibə verib. Müsahibədə o, ikitərəfli əlaqələrin inkişafı, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarına toxunub, enerji bazarının, həmçinin ticari-iqtisadi sahədə işgüzar əməkdaşlığın inkişafı məsələsindən bəhs edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida daha bir kuce temirden sonra suruculerin istifadesine verilib
    Bakıda daha bir küçə təmirdən sonra sürücülərin istifadəsinə...
  • bdu da 31 mart soyqirimi qurbanlari anilib
    BDU-da 31 mart soyqırımı qurbanları anılıb
bdu da 31 mart soyqirimi qurbanlari anilib bdu da 31 mart soyqirimi qurbanlari anilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ