“SGS Azeri LTD” MMC-nin fəaliyyətində aşkar olunan nöqsanlara görə akkreditasiya attestatı ləğv edilib

sgs azeri ltd mmc nin fealiyyetinde askar olunan noqsanlara gore akkreditasiya attestati legv edilib

\“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun tələblərinə əsasən “SGS Azeri LTD” MMC-nin inspeksiya orqanında inspeksiya nəzarəti həyata keçirib.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daha əvvəl məlumat verildiyi kimi, inspeksiya nəzarəti nəticəsində “SGS Azeri LTD”-nin inspeksiya orqanının qumun, qırmadaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini üzrə sınaq laboratoriyasının və neft, qaz və kimya məhsullarının sınaq laboratoriyasının akkreditasiya attestatlarının qüvvədə olma müddətinin 30.04.2017-ci il tarixinədək dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilib.

 

Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən “SGS Azeri LTD” MMC-nin sınaq laboratoriyaları AZS İSO/İEC 17025-2009 standartı, həmçinin müəssisənin inspeksiya orqanının AZS İSO/İEC 17020-2008 standartının tələblərinə uyğunluğu təkrar qiymətləndirilib.

 

Qiymətləndirmə zamanı aşkar edilmiş nöqsanlarla əlaqədar olaraq “SGS Azeri LTD”  MMC-nin qumun, qırmadaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini və neft, qaz və kimya məhsullarının sınaq laboratoriyalarının, həmçinin inspeksiya orqanının akkreditasiya attestatları ləğv edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
08:52 23 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 gilan holding in mehsullari worldfood azerbaijan sergisinde boyuk maraq dogurub
    ® “Gilan Holding”in məhsulları “WorldFood Azerbaijan” s...
  • axc yaranmasinin 100 cu illiyine hesr olunmus tedbir kecirilib
    AXC yaranmasının 100-cü illiyinə həsr olunmuş tədbir keçiril...
axc yaranmasinin 100 cu illiyine hesr olunmus tedbir kecirilib axc yaranmasinin 100 cu illiyine hesr olunmus tedbir kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2018

USD
1.7
 
EUR
2.0001
 
RR
0.0277