SKMF bu il geri qaytarılan vəsaitlər hesabına 150 mln. manat kredit verəcək

skmf bu il geri qaytarilan vesaitler hesabina 150 mln manat kredit verecek

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ötən illərdə olduğu kimi, 2017-ci ildə də sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF bu sahədə 2017-ci ilin ilk işgüzar forumunu bu gün Şəmkir rayonunda keçirib. 200-ə yaxın sahibkarın iştirakı ilə keçirilən forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq, aqroparkın, kartof və soğan saxlama anbarının, quru meyvə istehsalının, kiçik və orta həcmli istixana, intensiv üzümçülük və kartofçuluq təsərrüfatlarının və dəyirmanın yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

 

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 270 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, üzümçülük, bağçılıq, tərəvəzçilik sahələrin inkişafına yönəldiləcək.

 

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti və ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2016-cı ildə sahibkarlıq subyektlərinin 2500-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 190 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. 2017-ci ildə sahibkarlara geri qaytarılan vəsaitlər hesabına 150 mln. manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

 

Fond bu il qeyri-neft məhsullarının istehsalının artırılması, iqtisadiyyatın real sektorunda investisiya layihələrinin maliyyələşdirilməsi, logistik mərkəzlərin, ixtisaslaşdırılmış “yaşıl market”lərin, aqroparkların, cins iri buynuzlu heyvandarlıq (ətlik və südlük) və istixana komplekslərinin, iri fermer, intensiv bağçılıq (üzüm, alma, nar, zeytun və s.) və quşçuluq təsərrüfatlarının yaradılması, ət kəsimi və emalı, qarışıq yem və çörək istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələrin maliyyələşdirilməsi, eləcə də kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • jurnalist rasim eliyevin olumunde teqsirlendirilen sexslerin apellyasiya sikayetleri temin edilmeyib
    Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin...
  • azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir
    Azərbaycanda 17 rayonda 23 modul tipli məktəb quraşdırılır...
azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8627
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ