SKMF Qax sahibkarlarına 224 min manat güzəştli kredit verib

skmf qax sahibkarlarina 224 min manat guzestli kredit verib

Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumunu Qax rayonunda təşkil edib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, forum çərçivəsində Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, bağçılıq, cins heyvandarlıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbarın, tütün emalı və 3 ulduz otelin tikintisi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

 

İşgüzar forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində bugünkü tədbir çərçivəsində verilən kreditlər də daxil olmaqla respublika üzrə sahibkarlıq subyektlərinin 70-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 13,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 200 yeni iş yerinin yaradılmasına imkan verir.

 

Ümumilikdə isə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2100-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 98,3 mln. manat güzəştli kredit yönəldilib.

 

Forumda Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən  sahibkarlara 224 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, arıçılıq, taxılçılıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək.     

 

Tədbir çərçivəsində Qax rayonunun Oncallı kəndində güzəştli kreditlər hesabına yaradılan arıçılıq təsərrüfatına baxış keçirilib. Qeyd edək ki, son illər arıçılığın inkişafı ilə əlaqədar 400-ə yaxın sahibkara 4,7 mln. manat güzəştli kredit verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ