SKMF xətti ilə Tovuzdan olan sahibkarlara 18 mln. manatdan çox güzəştli kredit verilib

skmf xetti ile tovuzdan olan sahibkarlara 18 mln manatdan cox guzestli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF bu sahədə növbəti işgüzar forumunu bu gün Tovuz rayonunun Düz Qırıqlı kəndində keçirib. Forumda 90-a yaxın sahibkar iştirak edib.

 

İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Tovuz rayonunun iqtisadi potensialına uyğun olaraq, iri fermer, cins heyvandarlıq, kartofçuluq, istixana və intensiv üzümçülük təsərrüfatlarının, süd emalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

 

Forumda SKMF-nin icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafı, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

 

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Tovuz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 309 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, üzümçülük, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək. Ümumilikdə isə, indiyədək Tovuz rayonundan olan 556 sahibkara 18,2 mln. manat güzəştli kredit verilib.

 

Qeyd edək ki, bu günədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 232,4 mln. manat güzəştli kredit verilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
  • masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda bəzi evlərdə çökmə baş verib, bir neçə ailə evakua...
masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ