Türkiyə Naxçıvanla ticarət əlaqələrini genişləndirir

turkiye naxcivanla ticaret elaqelerini genislendirir
Naxçıvan məhsullarının Türkiyəyə ixracının artırılması barədə ilkin razılıq əldə olunub

İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb. İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyi, enerji və nəqliyyat sahələrində birgə layihələr həyata keçirildiyi vurğulanıb.


Ş.Mustafayev qeyd edib ki, Türkiyə Azərbaycanın ən çox investisiya yatırdığı ölkədir və indiyədək bu qardaş ölkəyə 9 mlrd. dollar investisiya yatırılıb. Türkiyə Azərbaycan iqtisadiyyatına 11 mlrd. dollar investisiya qoyub. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin sayına görə də Türkiyə birincidir. Ölkəmizdə 2900-dən çox türk şirkəti fəaliyyət göstərir. Türkiyədə isə 2000 yaxın Azərbaycan şirkəti qeydiyyatdan keçib.

 

E.Özoral ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün potensialı vurğulayaraq, əməkdaşlığın genişləndirilməsi imkanlarını qeyd edib.

 

Görüşdə Azərbaycan və Türkiyə, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə ticarət əlaqələrinin genişləndirilməsi, Naxçıvan məhsullarının Türkiyəyə ixracının artırılması barədə müzakirələr aparılıb və ilkin razılıqlar əldə edilib. Vurğulanıb ki, bu məqsədlə may ayında Türkiyə nümayəndə heyəti Azərbaycana gələcək, səfər zamanı görüşlər keçiriləcək və müzakirələr aparılacaqdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ