Uruqvay Gömrük İdarəsinin baş direktoru: "Uruqvay Azərbaycanın haqlı mövqeyini daim dəstəkləməyə hazırdır"

uruqvay gomruk idaresinin bas direktoru uruqvay azerbaycanin haqli movqeyini daim desteklemeye hazirdir

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakıda keçirilən Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Assambleyası və Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Uruqvay Gömrük İdarəsinin baş direktoru Enrike Kanonla görüşüb.

 

Komitədən "APA-Economics"ə verilən məlumata görə, S.Mehdiyev iki ölkənin gömrük orqanları arasında uzunmüddətli, səmimi və işgüzar əlaqələrin qurulduğunu vurğulayıb və əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

 

S. Mehdiyev ikitərəfli əlaqələrlə yanaşı, Ümumdünya Gömrük Təşkilatında da birgə fəaliyyətin səmərəsindən bəhs edib, münasibətlərin gələcək perspektivlərindən danışıb.

 

Azərbaycana artıq beşinci dəfə səfər etdiyini deyən E. Kanon ənənəvi qonaqpərvərliyə görə təşəkkürünü bildirib, həmçinin yeni vəzifəyə təyin olunması münasibətilə DGK sədri Səfər Mehdiyevi təbrik edib.

 

Ümumdünya Gömrük Təşkilatının bu ilin yayında keçiriləcək iclasında müzakirə ediləcək məsələlərə toxunan E. Kanon Kosovo və Dağlıq Qarabağ münaqişələri ilə bağlı Azərbaycanla eyni mövqedən çıxış etdiklərini, Azərbaycanın haqlı mövqeyini daim dəstəkləməyə hazır olduqlarını diqqətə çatdırıb.

 

Sonra görüşdə yaxın vaxtlarda Ümumdünya Gömrük Təşkilatında keçiriləcək seçkilərlə bağlı fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273