Yanvarda 42 min manatlıq gecikdirilmiş sosial ödənişlərin işçilərə ödənilməsi təmin edilib

yanvarda 42 min manatliq gecikdirilmis sosial odenislerin iscilere odenilmesi temin edilib

Cari ilin yanvar ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan vətəndaş müraciətləri ilə əlaqədar görülən tədbirlər nəticəsində ümumilikdə 41 921 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin məbləğin 98%-i gecikdirilmiş əmək haqlarından, 2%-i isə işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan ibarət olub. Əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi barədə ayrı-ayrı müraciətlər də diqqətlə araşdırılıb və nəticələrinə uyğun şəkildə obyektiv tədbirlər görülüb.

 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları görülən işlər çərçivəsində işəgötürənlərə əmək qanunvericiliyinin tələbləri, eləcə də sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi və əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları ilə bağlı işəgötürənlərə hüquqi izahatlar verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ