Yeni yaradılan iş yerlərinin 76%-i regionların payına düşür

yeni yaradilan is yerlerinin 76 i regionlarin payina dusur

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 2014-cü ilin yanvarın 1-dən 2017-ci ilin aprelin 1-dək olan dövr ərzində ümumilikdə 526200 olmaqla 430700 daimi iş yerləri yaradılıb.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2017-ci ilin I rübü ərzində ölkədə 86400 yeni, o cümlədən 79600 daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 87,5%-i qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 23,1%-i Bakı şəhərinin, 0,7%-i Naxçıvan Muxtar Respublikasının, 76,2%-i regionların, o cümlədən 25,7%-i Aran, 13,9%-i Lənkəran, 11,3%-i Gəncə-Qazax, 5,8%-i Dağlıq Şirvan, 5,7%-i Şəki-Zaqatala, 5,6%-i Abşeron, 4,7%-i Quba-Xaçmaz, 3,2%-i Yuxarı Qarabağ, 0,3%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
 

Daimi iş yerlərinin 5,8%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 13,2%-i mövcud müəssisə və təşkilatlarda, 0,9%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 80,1%-i isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 24,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 20%-i tikinti, 8,4%-i emal sənayesi, 6,6%-i su təchizatı; tullantıların təmizlənməsi və emalı, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı, 5,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 4,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,8%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 15,7%-i isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2017-ci ilin I rübü ərzində ölkədə 9100 iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 81%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 63,6%-i fərdi sahibkarlıq subyektlərinin, 5,6%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 30,8%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ