® "Təmiz Şəhər" tullantılar arasından çıxan pulları uşaqlar üçün Novruz hədiyyəsinə çevirdi

“Təmiz Şəhər“ ASC tullantılar arasından aşkarlanaraq toplanan pulları xeyriyyə məqsədi ilə istifadə edib. Bu pullar “Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı 6-7 ay ərzində tullantılar arasından çeşidlənərək yığılıb.

 

Bu pullardan istifadə edərək “Təmiz Şəhər” ASC “ASAN məktub” layihəsi vasitəsilə müəyyən geyim əşyaları və oyuncaq istəyində olan uşaqları Novruz bayramı ərəfəsində sevindirib. “ASAN məktub” layihəsinə ən çox Hacıqabul rayonu ərazisindən müraciət olunduğu nəzərə alınaraq, bu bölgədən olan 24 uşağın məktubu “Təmiz Şəhər“ ASC  tərəfindən reallaşdırılıb.

 

Bu gün cəmiyyətin əməkdaşları “ASAN xidmət”in nümayəndələri ilə birlikdə velosiped, məktəbli formaları, çantalar, kostyumlar və s. hədiyyələri Hacıqabul rayonundan “ASAN məktub” layihəsində iştirak edən uşaqlara çatdırıblar.

 

“Təmiz Şəhər” ASC-nin fəaliyyəti nəticəsində toplanan və 120 kiloqramdan çox olan müxtəlif nominallı qəpiklər xeyriyyə məqsədilə xərclənərək, bu vəsaitin dövriyyəyə qaytarılması təmin edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ