Nazir: “TAP Albaniyada böyük miqyaslı ilk enerji layihəsidir”

nazir tap albaniyada boyuk miqyasli ilk enerji layihesidir

Trans Adriatik təbii qaz boru kəməri (TAP) layihəsi Albaniyanın qazlaşdırılmasına və ümumilikdə enerji sektoruna müsbət təsir göstərəcək”.

 

“APA-Economics”in TAP konsorsiumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Albaniyanın infrastruktur və energetika naziri Damian Gjiknuri TAP-ın Albaniyanın Fier şəhərindəki kompressor stansiyasında turbo kompressorların quraşdırılması mərasimində bildirib.

 

O, TAP-ın Albaniya iqtisadiyyatı və ölkənin gələcəyi üçün strateji əhəmiyyətini vurğulayaraq bu layihənin Albaniyada bu miqyasda tətbiq olunan ilk enerji layihəsidir və onun inkişafı təqdirəlayiqdir.

 

TAP-ın ölkəyə müsbət təsiri barədə danışan D. Gjiknuri həm alban işçi qüvvəsinin, həm də yerli şirkətlərin layihədə iştirakını yüksək qiymətləndirib.

 

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb.

 

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

 

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267