Azərbaycanda neft hasilatı 1,4% artıb, qaz hasilatı isə 11% azalıb

azerbaycanda neft hasilati 1 4 artib qaz hasilati ise 11 azalib

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 10,9 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 0,1% artıb.

 

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 12,8 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 5,6 mlrd. kubmetr təşkil edib.  

 

Bu ilin yanvar-aprel aylarında ölkədə 12 817,1 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2017-ci ilin yanvar-aprel ayının göstəricilərinə nisbətən 1,4% çoxdur. Bu il mayın 1-nə 250,7 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 12 799,9 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 1,4% artıb.

 

2018-ci ilin yanvar-aprel ayı ərzində ölkədə 9 280,7 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 5,8% çoxdur. Bunun 5 602,7 min kubmetri əmtəəlik təbii qazıdır ki, bu da daha əvvəlki illə müqayisədə 10,8% azdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 21 May
13:45 20 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan gurcustandan mal qara idxalini 2 7 defe artirib
    Azərbaycan Gürcüstandan mal-qara idxalını 2,7 dəfə artırıb...
  • allahsukur pasazade cumhuriyyetin isgalindan sonra bolsevikler ruhanileri sibire surgun edib ve ekseriyyetini gulleleyibler
    Allahşükür Paşazadə: "Cümhuriyyətin işğalından sonra bolşevi...
allahsukur pasazade cumhuriyyetin isgalindan sonra bolsevikler ruhanileri sibire surgun edib ve ekseriyyetini gulleleyibler allahsukur pasazade cumhuriyyetin isgalindan sonra bolsevikler ruhanileri sibire surgun edib ve ekseriyyetini gulleleyibler +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273