Azərbaycanın Data Mərkəzi Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartı ilə təltif edilib

azerbaycanin data merkezi beynelxalq informasiya tehlukesizliyi standarti ile teltif edilib

Azərbaycanın ilk regional Data Mərkəzi Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartı ilə təltif edilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “AzInTelecom” MMC dünya üzrə yüzdən artıq ölkədə fəaliyyət göstərən və sertifikatlaşdırma xidmətləri göstərən Norveçin “DNV GL” şirkəti tərəfindən həyata keçirilən müstəqil auditin nəticələrinə görə “ISO 27001” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartına layiq görülüb.  

 

Aktivində artıq “ISO 20000” sertifikatı olan “AzInTelecom” “ISO 27001” sertifikatı ilə informasiya təhlükəsizliyini və məlumat mübadiləsinin təkmilləşdirilməsini, eləcə də, idarəçilikdə şəffaflığı stimullaşdıracaq. 

 

Standartın xarakteristikasına əsasən, “AzInTelecom”un Data Mərkəzi və onun texniki imkanları informasiya təhlükəsizliyi standartlarına tam uyğundur. Bu o deməkdir ki, “AzInTelecom”un Data Mərkəzində yerləşdirilən məlumatlar kompleks təhlükəsizliklə təmin olunmaqla yanaşı, (24/7 rejimində fiziki və virtual təhlükəsizlik), sözügedən məlumatlara müştəri tərəfindən çıxış da avtomatlaşdırılaraq beynəlxalq standartlara uyğunlaşdırılıb. Eyni zamanda, beynəlxalq standart və prinsiplər biznes proseslərinin idarə olunmasına da şamil olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib
    Baş Prokurorluq: “Bank Standard”ın keçmiş rəhbəri istintaqda...
  • nazirlik mmmc lerin sayi 53 e catib
    Nazirlik: MMMC-lərin sayı 53-ə çatıb
nazirlik mmmc lerin sayi 53 e catib nazirlik mmmc lerin sayi 53 e catib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.701
 
EUR
1.9798
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ