Azərbaycanın “Global Energy Solutions” şirkəti Qazaxıstanda fəaliyyətə başlayıb

azerbaycanin global energy solutions sirketi qazaxistanda fealiyyete baslayib

Azərbaycanda fəaliyyət göstərən, neft-qaz, enerji, su, kimya sənayelərinə kompleks texniki xidmətlər sahəsində aparıcı təchizatçılardan biri Global Energy Solutions (Glensol) şirkəti bu ay Qazaxıstana öz biznesini genişləndirərək ölkənin neft-qaz sənayesinin mərkəzi olan Aktau şəhərində yeni ofis və xidmət mərkəzini açmışdır. Yeni xidmət mərkəzi ofis və anbar daxil olmaqla ümumilikdə 2000 kv.m. sahəni əhatə edir.

 

Aktaudakı müəssisə şirkətə bölgədəki müştərilərə yüksək səviyyədə texniki xidmətlər göstərməyə və Qazaxıstanın neft-qaz bazarında fəaliyyətini genişlənməyə imkan verəcək.

 

“Aktauda yeni ofis və xidmət mərkəzinin açılışı inkişafımızın yeni bir mərhələsi olaraq Glensol şirkətinin yerli və beynəlxalq səviyyədə artan imkanlarını və təcrübəsini nümayiş etdirir. Aktau şəhərinin strateji mövqeyindən faydalanaraq Qazaxıstanda fəaliyyətimizin genişlənməsini gözləyirik" - deyərək Glensol şirkətinin baş direktoru Tamerlan Əliyev bildirib.

 

2012-ci ildə Nobel Oil Services şirkətinin törəməsi kimi yaradılan Glensol neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşır. Glensol avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlılığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, BP və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
  • goygolde avtomobil asib bir nefer xesaret alib
    Göygöldə avtomobil aşıb, bir nəfər xəsarət alıb
goygolde avtomobil asib bir nefer xesaret alib goygolde avtomobil asib bir nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273