“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb

azeriqaz abunecilerinin sayini aciqlayib

Bu ilin yanvar-may ayları ərzində SOCAR-ın “Azəriqaz”  İstehsalat Birliyində əhali sektoru üzrə 37 513 yeni abonent qeydiyyata alınıb.

 

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, bunun da 22 838-i Bakı, Abşeron və Sumqayıt, 14 675-i isə regionlar üzrədir.

 

Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

 

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 132 821-ə çatıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267