"Azərişıq": Bayram günlərində fasiləsiz enerji təchizatı təmin olunacaq

azerisiq bayram gunlerinde fasilesiz enerji techizati temin olunacaq

"Azərişıq" ASC tərəfindən Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə dekabrın 31-dən yanvarın 3-dək enerji istehlakçılarının və bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə bir sıra texniki və təşkilatı tədbirlər görüləcək.


"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bayram günlərində qurumun mərkəzi aparatı üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. Həmçinin qeyd edilən tarixlərdə enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək.


Bununla yanaşı elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə Rayon Enerji Təchizatı və Satışı İdarələri (RETSİ), Enerji Təchizatı və Satışı İdarələri (ETSİ) və Elektrik şəbəkələri (EŞ) üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarəti gücləndiriləcək.

 

Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin icrası müvəqqəti olaraq dayandırılacaq.


Bayram tədbirlərinin keçirildiyi günlərdə Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat xidmətində növbətçilik təşkil ediləcək, habelə zəruri olan mal-materialların ehtiyatı yaradılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
  • goygolde avtomobil asib bir nefer xesaret alib
    Göygöldə avtomobil aşıb, bir nəfər xəsarət alıb
goygolde avtomobil asib bir nefer xesaret alib goygolde avtomobil asib bir nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273