“Azərişıq”: Yeni xidmətlərin istifadəyə verilməsi mayda müraciətlərin sayını artırıb

azerisiq yeni xidmetlerin istifadeye verilmesi mayda muracietlerin sayini artirib

May ayı ərzində “Azərişıq” ASC-yə “ASAN” xidmət mərkəzləri vasitəsi ilə 13 minə yaxın müraciət olunub.

 

“APA-Economics”in məlumatına görə, bunu bu gün “Azərişıq” ASC-də keçirilən mətbuat konfransında  “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli bildirib.

 

Onun sözlərinə görə, gündəlik olaraq belə müraciətlərin sayı 400-500 olur: “Azərişıq” ASC-nin abonentlərə göstərdiyi xidmətlərin bütün regionlardakı “ASAN xidmət” mərkəzlərini əhatə etməsi, eyni zamanda bu il ərzində əlavə üç xidmətin yaradılaraq xidmətlərin sayının 13-ə çatdırılması may ayı ərzində səhmdar cəmiyyətə daxil olan müraciətlərin sayında artıma səbəb olub: “Hansı ki, həmin üç yeni xidmətdən ikisi məhz may ayının əvvəlindən etibarən fəaliyyətə başlayıb. Bunlar “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların  avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı xidmətlərdir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida isiqforun islememesi avtoqezaya sebeb olub
    Bakıda işıqforun işləməməsi avtoqəzaya səbəb olub
  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
sirvan milli parkinin erazisinde raketler askarlanib sirvan milli parkinin erazisinde raketler askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272