“Azpetrol” Caspian Energy Forum Baku - 2017-nin partnyoru olub

azpetrol caspian energy forum baku 2017 nin partnyoru olub

“Azpetrol Ltd” MMC  2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) partnyoru olub.

 

Caspian  European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin məlumatına görə, Azpetrol Ltd” MMC sıralarında dünyanın 50 ölkəsindən olan biznesmenləri birləşdirən Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un fəal iştirakçısıdır.

 

Azpetrol Ltd” MMC-nin baş direktoru Ceyhun Məmmədov region üçün Caspian Energy Forum-2017 kimi əhəmiyyətli tədbiri dəstəkləməyə hazır olduqlarını ifadə edib. Onun sözlərinə görə, şirkət uzun illər ərzində Klubu dəstəkləyir, CEİBC-nin keçirdiyi biznes-forumlarda fəal iştirak edir.

 

Azpetrol Ltd” MMC bazarda 1997-ci ildən fəaliyyət göstərir. Azpetrol Ltd” MMC ən müasir, beynəlxalq standartlara cavab verən benzindoldurma və qazdoldurma stansiyalar şəbəkəsinə sahib olan və Respublikada maye yanacaq satışı bazarında öz müştərilərinə yüksəksəviyyəli xidmət göstərən yerli şirkətdir.

 

Caspian Energy Forum-2017-də Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurum rəhbərləri, Azərbaycan Respublikasında akkreditə edilmiş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkətlərin başçıları iştirak edəcəklər. Forumun işinə dünyanın 50 ölkəsindən 500 deleqat qatılacaq.

 

Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr ediləcək. İkinci sessiya Xəzər regionu ölkələrinin enerji sektorunun inkişafı mövzusunu əhatə edəcək. Üçüncü sessiya isə qeyri-neft sektorunda həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi ilə bağlı olacaq.

 

4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin partnyoru həmçinin «ASE EXPRESS & OCS, DSV» şirkətidir, sponsoru - “R.İ.S.K.” Elmi-İstehsalat Şirkətidir.

 

Forumda iştirak etmək üçün http://caspianenergyforum.com/index.php/en/registration linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde berpadan sonra neriman nerimanovun ev muzeyinin acilisi olub
    Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açı...
  • prezident ilham eliyev polsa senatinin marsali ile gorusub
    Prezident İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb ...
prezident ilham eliyev polsa senatinin marsali ile gorusub prezident ilham eliyev polsa senatinin marsali ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ