Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası keçirilir

Bu gün Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası öz işinə başlayıb.

 

"APA-Economics" xəbər verir ki, tədbirə Azərbaycan prezidenti İlham Əliyev də qatılıb. Ölkə başçısı tədbirdə nitq söyləyib.
 

Qeyd edək ki, iclasda ABŞ-ı dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan, Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson, Avropa İttifaqını (Aİ) isə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç təmsil edir.

 

Aİ-nin nümayəndə heyətinin tərkibinə həmçinin Avropa Komissiyasının nümayəndələri Bernard Birvert, Andras Rozmer, Kurt Qlayzer və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard daxildir.

 

"Cənub Qaz Dəhlizi" layihəsinə cəlb edilmiş ölkələrin nazirlərindən - Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda, Yunanıstanın ətraf mühit və energetika naziri Georgios Statakis, Albaniyanın energetika və sənaye nazirinin müavini İlir Bejtja, Bolqarıstanın energetika naziri Nikolay Pavlov və onu müşayiət edəcək "Bulgarian Energy Holding", "Bulgargaz", "IGB" və Energetika Nazirliyinin nümayəndələri iştirak edirlər. Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliç, Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviç, Bosniya və Herseqovinadan isə xarici ticarət naziri Mirko Saroviç də tədbirə qatılıb.

 

Serbiya, Rumıniya, Macarıstan, Çexiya, Polşa və Ukraynanın nümayəndələri qismində bu ölkələrin Azərbaycandakı səfirləri müəyyənləşib.

 

Beynəlxalq maliyyə qurumlarından isə tədbirə Dünya Bankının enerji və hasilat üzrə baş direktoru Rikardo Puliti, Avropa İnvestisiya Bankının Mərkəzi və Cənubi Avropa şöbəsinin müdiri Flavia Palanzanın rəhbərlik edəcəyi nümayəndə heyəti qatılıb. Nümayəndə heyətinə Avropa İnvestisiya Bankının enerji təhlükəsizliyi bölməsinin direktoru Racan Sancoy, onun müavini Piter Cefreys və bankın Türkiyəyə ayırdığı kreditlər üzrə baş mütəxəssisi Tekin Çotuk daxildir. Avropa Yenidənqurma və İnkişaf Bankını (AYİB) qurumun enerji və təbii sərvətlər üzrə direktoru Nandita Parşad, həmçinin bankın Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru Aida Sitdikova, Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvanera, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri İvana Duarte, bankın təbii resurslar departamentinin rəhbəri Natalya Lacorzanadan ibarət geniş tərkibli nümayəndə heyəti, Almaniya İnkişaf Bankının (KfW) İdarə Heyətinin üzvü Markus Scheer, bankın neft, qaz və neft-kimya üzrə vitse-prezidenti Maykl Veytz də Məşvərət Şurasının üçüncü iclasının iştirakçıları sırasındadır. Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Qafqaz üzrə regional direktoru Jan van Bilsen, Balkanlar üzrə regional direktoru Tomas Lubek, Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov da toplantıda iştirak edir.

 

Tədbirdə iştirakı dəqiqləşənlər arasında TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Yan Bradşounun rəhbərlik etdiyi nümayəndə heyəti, İAP üzrə təmsilçi Vedran Spehar, eləcə də başqa regional prezident Qordon Birrell olmaqla BP şirkəti geniş tərkibdə yer alıb. Bununla yanaşı, toplantıda SNAM, TOTAL şirkətləri də iştirak edirlər.

 

İclası açılış mərasimi və salamla nitqlərindən sonra dörd plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada “Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. Maroş Şevçoviç və energetika naziri Natiq Əliyevin moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya “Global enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusuna həsr olunub. Dördüncü hissədə isə “Cənub Qaz Dəhlizi” layihəsinin genişləndirilməsi perspektivləri, İAP istiqaməti üzrə məruzələr dinləniləcək.

 

Yekun olaraq “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə Bəyannamə”nin imzalanması planlaşdırılır.

 

Daha sonra Natiq Əliyev və Maroş Şevçoviçin iştirakı ilə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

 

Xatırladaq ki, müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə böyük önəm verən Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Energetika Nazirliyinə tapşırılıb.

 

"Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabah hava yagmursuz olacaq
    Sabah hava yağmursuz olacaq
  • almaniyanin futbol uzre milli komandasi bakiya gelib
    Almaniyanın futbol üzrə milli komandası Bakıya gəlib
almaniyanin futbol uzre milli komandasi bakiya gelib almaniyanin futbol uzre milli komandasi bakiya gelib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ