Balaxanı Sənaye Parkına 5 rezident 23 mln. manatdan çox investisiya yatırıb

balaxani senaye parkina 5 rezident 23 mln manatdan cox investisiya yatirib

"Hazırda Balaxanı Sənaye Parkında on rezidenti var ki, onlardan beşi artıq fəaliyyət göstərir".

 

“APA-Economics”in məlumatına görə, bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bu gün keçirilən mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, bu rezidentlərdən biri işlənmiş tullantı yağları emal edir. “Həmçinin rezidentlər arasında qida yağlarını emal edən şirkət də mövcuddur. Bu rezidentlərin arasında kağız məmulatlarının emalı, plastik qablar istehsal edən şirkət və beşinci rezident isə mebel istehsalı ilə məşğul olan şirkətdir,” – deyə E. Abbasov qeyd edib.

 

E. Abbasov bildirib ki, digər rezidentlər isə qida tullantılarının emalı ilə məşğul olan, plastik və kağız tullantılarının emalı ilə məşğul olan şirkətlər olacaq: “Bu rezidentlərin arasında yapışqan lent (skoç) istehsal edəcək rezidentlər də var ki, onlar da yaxın zamanlarda, bu il ərzində istehsala başlayacaqlar. Fəaliyyətdə olan beş rezident bu günə qədər 23,4 mln. manat investisiya yatırıb. Burada 140 nəfər Balaxanı sakini işlə təmin edilib”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kim cen inin cine seferi baslayib yenilenib
    Kim Çen Inın Çinə səfəri başlayıb - YENİLƏNİB
  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272