Baş direktor: "Siyasi çağırışlar TANAP-ın icrasına təsir etmir"

bas direktor siyasi cagirislar tanap in icrasina tesir etmir

"Azərbaycan qazını Avropaya nəql edəcək TANAP layihəsinin tikintisi planlaşdırılandan daha tez davam edir". "APA-Economics" xəbər verir ki, bunu "Al Jazeera" telekanalına müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

 

TANAP-ın davamı olan TAP kəməri ilə Avropaya təbii qazın 2020-ci ildə nəql olunacağını bildirən S.Düzyol qeyd edib ki, siyasi çağırışlar layihələrin icrasına təsir etmir.

 

"TANAP Bakıdan İtaliyaya qədər uzanan 3500 kilometrlik qaz borusu zəncirinin mərkəzi halqasıdır. Biz bunu Cənub Qaz Dəhlizi adlandırırıq və bu layihənin ümumi dəyəri 40 mlrd. dollar təşkil edir. Layihənin uğurlu olması onun komponentlərinin uğurlu olmasına bağlıdır. TANAP mərkəzi halqa olduğu üçün kritik əhəmiyyətə malikdir. TANAP qarşıdakı illərdə Türkiyənin qaza olan tələbatını ödəyəcək. Eyni zamanda layihə uzunmüddətli perspektivdə Azərbaycanın strateji maraqlarına xidmət edəcək. Ümumilikdə, çətinliklər olsa da, inşaat işləri sürətlə davam edir. Əslində, biz işlərimizi çox tez başa çatdırmağı və 2019-cu ilin ortalarında Avropaya qaz nəql etməyi planlaşdırırıq. Lakin bu vaxtadək TAP layihəsinin icra olunacağına inanmırıq. Buna görə, biz 2020-ci ildən etibarən Avropaya qazın nəql olunacağını proqnozlaşdırırıq", - deyə S.Düzyol bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • cocuq mercanlida xeyli sayda qelpe askarlanib
    Cocuq Mərcanlıda xeyli sayda qəlpə aşkarlanıb
  • berdede iki piyadani vurub qacan surucu tutulub yenilenib 1
    Bərdədə iki piyadanı vurub qaçan sürücü tutulub - YENİLƏNİB-...
berdede iki piyadani vurub qacan surucu tutulub yenilenib 1 berdede iki piyadani vurub qacan surucu tutulub yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ