Berat Albayrak: “TANAP Türkiyə və Azərbaycanın birgə təşəbbüsünün nəticəsidir”

berat albayrak tanap turkiye ve azerbaycanin birge tesebbusunun neticesidir

TANAP Türkiyə və  Azərbaycanın birgə təşəbbüsünün nəticəsidir”.
 
APA-nın məlumatına görə, bunu Türkiyənin enerji naziri Berat Albayrak Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində deyib.
  
B. Albayrak bildirib ki, bu gün əsrin ən böyük layihələrindən birinin açılışıdır: “Bu, həm də iki ölkənin qardaşlıq layihəsidir. Enerjinin İpək Yolu bir çox ölkələrin enerji təhlükəsizliyinə böyük töhfə verəcək, Türkiyənin enerji təhlükəsizliyində rolunu artıracaq. Bu, Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunu artıracaq, tədarükçü ölkə kimi Azərbaycanın rolunu artıracaq. Bu, dünyada sabitliyə və inkişafa xidmət edən nadir layihələrdən biridir”.
  
Türkiyənin enerji naziri qeyd edib ki, Türkiyə bölgədəki münaqişələrin həllini tapması üçün səy göstərir: “Türkiyə hər zaman etibarlı tərəfdaş olub. Bu layihədə böyük rolu olan Azərbaycanın sabiq enerji naziri Natiq Əliyevi də yad edirik. Türkiyə və Azərbaycan prezidenti başda olmaqla, layihədə rolu olan hər kəsə təşəkkür edirəm”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272