Berat Albayrak: “Türkiyə Azərbaycanın önəmli ortağı olmağa davam edəcək”

berat albayrak turkiye azerbaycanin onemli ortagi olmaga davam edecek

Avropa İttifaqının ideyası olsa da, Cənub Qaz Dəhlizi layihəsini həyata keçirən məhz Azərbaycan və Türkiyə olub”.

 

APA-nın məlumatına görə, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrak bildirib.
 
 
B. Albayrak deyib ki, gələn il TANAP-ın fəaliyyətə başlaması tarixi hadisə olacaq: “2019-cu ildə TANAP TAP-la birləşəcək və Avropa üçün 4-cü strateki qaz mənbəyinə çevriləcək. Azərbaycan və Türkiyənin birliyi Avropa üçün önəmli nümunədir. Gələn il TANAP ilə 16 milyard kubmetr qaz ixrac olunmağa başlayacaq”.
 

Türkiyəli nazir bildirib ki, "Türk Petrolları" (TP) şirkəti xaricdə ilk sərmayəni məhz Azərbaycana qoyub: “TP "Şahdəniz" layihəsində 19 faizlə layihənin ikinci ən böyük sərmayədarıdır. TP bu gün sazişə imza ataraq, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişində iştirakını 2049-a qədər uzadacaq. Biz enerjinin sülh və sabitliyə xidmət etməsini arzulayırıq. Bu çərçivədə Türkiyə-Azərbaycan əməkdaşlığı gələcək üçün önəmli bir nümunədir. Türkiyə Azərbaycanın önəmli ortağı olmağa davam edəcək, TP Azərbaycandakı sərmayələrini artıracaq. Bu gün imzalanacaq tarixi sazişin Azərbaycan və tərəfdaşlığı üçün faydalı olmasını arzu edirəm”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267