BP büdcəyə ən çox mənfəət vergisi ödəyən xarici neft-qaz şirkətidir - HESABAT

bp budceye en cox menfeet vergisi odeyen xarici neft qaz sirketidir hesabat

Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətləri 2016-cı ildə dövlət büdcəsinə 258,8 mln. dollar məbləğində mənfəət vergisi ödəyib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə "Moore Stephens Azerbaijan" auditor şirkəti tərəfindən aparılan 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) hesabatının yekun versiyasında qeyd edilib.


Hesabata əsasən, ötən il dövlət büdcəsinə 15 xarici şirkət mənfəət vergisi ödəyib.


BP şirkəti dövlət büdcəsinə 94,4 mln. dollar məbləğində mənfəət vergisi ödəyərək digər 14 şirkəti qabaqlayıb.

 

Yaponiyanın "Inpex" (44,7 mln. dollar), ABŞ-ın "Chevron" (23,8 mln. dollar) və "ExxonMobil" (19,2 mln. dollar) şirkətləri də dövlət büdcəsinə ən çox mənfəət vergisi ödəyən xarici şirkətlər sırasındadır.


Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsində iştirak edən 9 şirkətin dövlət büdcəsinə ödədiyi mənfəət vergisinin ümumi məbləği 253,3 mln. dollardır.

 

Qalan 6 şirkət isə dövlət büdcəsinə 5,5 mln. dollar məbləğində mənfəət vergisi ödəyib.


Bununla yanaşı, "AzGerneft" şirkəti 300 min manat, "Zenith Aran Oil Company limited" isə 4,8 mln. manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə köçürüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
agcabedide 5 ton ot baglamasi yanib agcabedide 5 ton ot baglamasi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267