BTC ilə 8 mln. ton xam neft ixrac olunub

btc ile 8 mln ton xam neft ixrac olunub

Bu ilin 1-ci rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə təqribən 63 mln. barel (8,3 mln. ton) xam neft ixrac olunub və bu neft Ceyhanda 81 tankerə yüklənib.

 

Boru kəmərinin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2018-ci ilin 1-ci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 391 mln. tondan artıq (2,93 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3839 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

 

Bu ilin 1-ci rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 30 mln. dollar, əsaslı xərclərə isə təqribən 5 mln. dollar xərclənib.

 

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); “Shevron” (8,90%); “Statoil” (8,71%); TPAO (6,53%); Eni (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ExxonMobil” (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir. 

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027