Bu gün Binəqədinin təbii qaz təchizatı məhdudlaşdırılacaq

bu gun bineqedinin tebii qaz techizati mehdudlasdirilacaq

Bu gün Bakı şəhəri Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Binəqədi rayonu Vorovski qəsəbəsi ərazisində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə uzun müddət istismar olunmuş mövcud diametri 159 mm-lik aşağı təzyiqli qaz xəttinin əvəzlənməsi üçün yeni çəkilmiş diametri 110 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xəttindən ayrılmalar üzərində  qaz tənzimləyici qurğuların quraşdırılması və avtomobil yolunun təmiri ilə bağlı tikinti sahəsinə düşən qaz xətlərinin rekonstruksiyası ilə əlaqədar, yanvarın 12-də saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrində, eləcə də Motodrom ərazisinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

 

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
  • goygolde avtomobil asib bir nefer xesaret alib
    Göygöldə avtomobil aşıb, bir nəfər xəsarət alıb
goygolde avtomobil asib bir nefer xesaret alib goygolde avtomobil asib bir nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273