Bu il Azərbaycan xarici ticarət əməliyyatlarından müsbət saldosu 2,2 dəfə artıb

bu il azerbaycan xarici ticaret emeliyyatlarindan musbet saldosu 2 2 defe artib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 13 mlrd. 322 mln. 757,33 min ABŞ dolları təşkil edib.

 

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 4 mlrd. 644 mln. 334 dollar və ya 53,52% çoxdur.

 

Ötən 6 ay ərzində idxal əməliyyatları 4 mlrd. 660 mln. 330,28 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 1 mlrd. 250 mln. 656 min dollar və ya 36,68% çoxdur.

 

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 8 mlrd. 662 mln. 427,05 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 3 mlrd. 393 mln. 678 min dollar və ya 64,41% çoxdur.

 

Nəticədə 4 mlrd. 2 mln. 96,77 min dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin 6 ayı ilə müqayisədə 2 mlrd. 143 mln. 21 min dollar və ya 2,15 dəfə artım deməkdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:00 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxi sakini hemyerlisinin avtomobilini vuraraq asirib 3 neferi doyerek xesaret yetirib
    Şamaxı sakini həmyerlisinin avtomobilini vuraraq aşırıb, 3 n...
  • bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib
    Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclası k...
bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267