Bu il SOCAR Qrup 419 mln. manat kredit götürüb

bu il socar qrup 419 mln manat kredit goturub

2018-ci ilin martında SOCAR Qrupu Maliyyə Nazirliyindən 102 mln. manat (60 milyon ABŞ dolları) və 98 mln. manat məbləğlərində, müvafiq olaraq, qısamüddətli və uzunmüddətli borclar götürüb.

 

"APA-Economics" SOCAR-ın audit olunmuş maliyyə hesabatlarına əsasən xəbər verir ki, cari ildə SOCAR Qrup bir neçə yerli Gürcüstan banklarından 156 mln. manat (239 milyon GEL) və 16 mln. manat (24 milyon GEL) məbləğlərində, müvafiq olaraq qısamüddətli və uzunmüddətli borclar götürüb.

 

Bundan başqa, cari ildə SOCAR Qrupu bir neçə beynəlxalq bankdan Karbamid zavodu üçün 47 mln. manat (23 milyon Avro) məbləğində borc tranşı qəbul edib.

 

Bununla da cari ildə SOCAR Qrup ümumilikdə 419 mln. manat kredit götürüb.

 

Cari ildə SOCAR qrupu bir neçə beynəlxalq və yerli banklara borc öhdəlikləri üzrə müvafiq olaraq 417 mln. manat (245 milyon ABŞ dolları), 6 mln. manat (3 milyon Avro), 187 mln. manat (271 milyon GEL) və SOFAZ-a 65 mln. (38 milyon ABŞ dolları) məbləğində ödəniş edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 23 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn iscilerinin hemkarlar ittifaqi heyder eliyevin 95 illiyi ile bagli naxcivana sefer teskil edib
    FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi...
  • bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib
    "Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşk...
bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9947
 
RR
0.0268