"Caspian European Club" və "Caspian Energy" Dünya Neft Konqresində iştirak edir

caspian european club ve caspian energy dunya neft konqresinde istirak edir

"Caspian European Club" və "Caspian Energy International Media Group"un nümayəndə qrupu XIII Dünya Neft Konqresi və Sərgisində (22nd World Petroleum Congress and Exhibition) iştirak edir.

 

"APA-Economics" xəbər verir ki, sərgidə "Caspian Energy"nin stendi nümayiş olunacaq. 

 

"Caspian Energy International Media Group" 2017-ci il iyulun 9-dan 13-dək İstanbulda keçirilən Dünya Neft Konqresinin (22nd World Petroleum Congress Istanbul 2017) media-partnyorudur.

Konfransa dəvət olunmuş spikerlər arasında ABŞ-ın dövlət katibi Reks Tillerson, Rusiyanın energetika naziri Aleksandr Novak, Total-ın baş direktoru Patrik Puyanne, Türkiyənin energetika naziri Berat Albayrak, BP-nin icraçı direktoru Bob Dadli, Saudi Aramco şirkətinin rəhbəri Amin Naser, "Oil and Gas Credit Suisse"in rəhbəri Osman Abib, Bəhreynin neft naziri şeyx Muhəmməd bin Xəlifə bin Əhməd Əl Xəlifə, OPEC-in baş katibi Muhəmməd Sanusi Barkindo, Shell-in baş icraçı direktoru Ben vann Beurden, BEA-nın icraçı direktoru Fatih Birol, "Woodside"ın baş direktoru Pitel Kolmen və digərləri yer alıblar.

Çıxış edənlər arasında "Shell", "Kuwait Petroleum", "Total", "Saudi Aramco", "Barra Energia SA", "Petronas", NIOC, "ExxonMobil Gas", BP, ENGIE, "Halliburton", "Schlumberger" və s. kimi şirkətlərin rəhbərləri və nümayəndələri də olacaq.

"Caspian Energy" dünyanın 50 ölkəsində yayılır. Fəaliyyət göstərdiyi 18 il ərzində jurnalda MDB və Aİ ölkələrinin prezident və baş nazirlərinin, eyni zamanda nüfuzlu beynəlxalq təşkilatların, iri transmilli şirkətlərin rəhbərlərinin müsahibələri və aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.

 

Müxtəlif qiymətləndirmələrə görə, "Caspian Energy" jurnalı Xəzər-Qara dəniz regionunun aparıcı nəşrləri beşliyinə daxil olub, Xəzər-Qara dəniz və Baltik regionlarında fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rolunu oynayır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida vaz asib surucu xesaret alib
    Masallıda "VAZ" aşıb, sürücü xəsarət alıb
  • fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3
    FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİ...
fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ