Dövlət başçısı: “Gələn il TANAP layihəsinin istifadəyə verilməsini qeyd etməliyik”

dovlet bascisi gelen il tanap layihesinin istifadeye verilmesini qeyd etmeliyik

“1996-cı ildən başlayaraq “Şahdəniz” layihəsi uğurla icra edilir. Hazırda digər layihələr üzərində də işləyirik”.
 
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində deyib. O bildirib ki, Heydər Əliyev adına yarımdalma qazma qurğusu çox perspektivli olan "Abşeron" qaz-kondensat yatağında işləyəcək: “Əminəm ki, tezliklə, bir neçə ilə biz "Abşeron" yatağından da yaxşı nəticələr görəcəyik. Digər perspektivli layihələrimiz də gündəlikdədir. Artıq “Ümid” yatağında işlər gedir. “Babək”, “Qarabağ” layihəsinə yenə xarici şirkətlər maraq göstərir. Vaxtilə müqavilə imzalanmışdı, sonra ona xitam verildi. Ancaq biz indi bilirik, xarici tərəfdaşlar da görürlər ki, “Qarabağ” yatağında da böyük ehtiyatlar var. Yəni biz bütün bu işləri ardıcıllıqda edirik ki, ölkəmiz daha da güclənsin, ölkəmizə daha çox gəlir gəlsin”.
 
 
Prezident icrasına başlanan neft layihələrinin hazırda uğurla icra edildiyini söyləyib: “Bakı-Tbilisi-Ceyhan neft kəməri 11 ildir ki, fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Əminəm ki, vaxtlı-vaxtında bu layihənin də uğurla icrasına nail olacağıq. Gələn il Cənub Qaz Dəhlizi layihəsi layihəsinin əsas hissəsi olan TANAP layihəsinin istifadəyə verilməsini qeyd etməliyik. Əminəm ki, biz buna nail olacağıq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
09:05 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib
    Gürcüstanda yanğın nəticəsində üç azərbaycanlı ailə evsiz qa...
  • lenkeran ve lerik rayonlarinin serhedinde yangin olub
    Lənkəran və Lerik rayonlarının sərhədində yanğın olub...
lenkeran ve lerik rayonlarinin serhedinde yangin olub lenkeran ve lerik rayonlarinin serhedinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ