Dövlət katibi: "ABŞ "Cənub Qaz Dəhlizi" üzrə Türkiyə ilə əməkdaşlıq etmək niyyətindədir"

dovlet katibi abs cenub qaz dehlizi uzre turkiye ile emekdasliq etmek niyyetindedir

"Ən iri enerji layihələrinin marşrutlarının kəsişməsində yerləşən Türkiyə enerji təhlükəsizliyinin təmin olunması baxımından ABŞ-ın ən ciddi tərəfdaşlarından biridir". "APA-Economics" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib.

 

"Qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verən "Cənub Qaz Dəhlizi" və digər iri enerji layihələrinə dəstək vermək üçün ABŞ Türkiyə ilə əməkdaşlıq fürsəti axtarır. Bu layihələr Avropanın qaz mənbələrinin diversifikasiyasına yönəlib", - deyə R. Tillerson qeyd edib.

 

"Cənub Qaz Dəhlizi" layihəsi regionun ən aktual layihələrindən biridir. "Şahdəniz-2" layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.

 

Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.

 

TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 km təşkil edir. Boru 2018-ci ildə fəaliyyətə başlayacaq. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir (illik 31 mlrd. kubmetrədək artırıla bilər).

 

TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.

 

2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9,2 mlrd. dollar təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6,1 mlrd. dollardır. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58%+5% payın maliyyələşdirməsi daxildir.

 

Layihənin səhmdarları: SOCAR (58%), BOTAŞ (30%) və BP (12%) şirkətləridir.

 

TAP Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

 

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

 

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida vaz asib surucu xesaret alib
    Masallıda "VAZ" aşıb, sürücü xəsarət alıb
  • fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3
    FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİ...
fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ