Energetika Nazirliyi Bakıda fəaliyyət göstərən sahibkarlara müraciət edib

energetika nazirliyi bakida fealiyyet gosteren sahibkarlara muraciet edib

Energetika Nazirliyi Bakıda fəaliyyət göstərən sahibkarlara müraciət edib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan prezidentinin 4 aprel 2017-ci il tarixli, 1313 nömrəli fərmanına uyğun olaraq, Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar mövcud və ya inşa ediləcək tikinti obyektlərinin gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan elektrik enerjisi ilə təmin edilməsi üçün zəruri texniki şərtlər, layihə-smeta sənədləri, habelə enerji təchizatı şəbəkəsinə qoşulmaqla bağlı Bakıdakı “ASAN Kommunal” mərkəzlərinə  22 may 2017-ci il tarixindən müraciət edə bilərlər.

 

Xatırladaq ki, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, Azərbaycanın yerli və xarici investorlar üçün cəlbediciliyinin artması, beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsi məqsədinə yönəlmiş Fərmanın icrası ilə əlaqədar olaraq Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, “Azərişıq” ASC, “Azəravtoyol” ASC, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və yerli icra hakimiyyəti orqanlarının hər birindən bir nümayəndə olmaqla Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsinin sədrliyi il “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində  8 Texniki Şura yaradılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • islamiadanin baglanis merasiminden goruntuler fotosessiya
    İslamiadanın bağlanış mərasimindən görüntülər - FOTOSESSİYA...
  • islamiadanin baglanis merasimi birlik konserti ile basa catib yenilenib 4
    İslamiadanın bağlanış mərasimi “Birlik” konserti ilə başa ça...
islamiadanin baglanis merasimi birlik konserti ile basa catib yenilenib 4 islamiadanin baglanis merasimi birlik konserti ile basa catib yenilenib 4 +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2017

USD
1.7023
 
EUR
1.9047
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ