Energetika Nazirliyi: Enerji səmərəliliyi sahəsində Azərbaycanın Avropa İttifaqının təcrübəsinə ehtiyacı var

Bakı. Musa Əhmədov - APA-Economics. “Alternativ enerji və enerji səmərəliliyi sahəsində nə qədər işlər görülsə də, Azərbaycanın Avropa İttifaqının müəyyən təcrübəsinə və donor təşkilatlarının köməyinə ehtiyacı var”.

 

“APA-Economics”in məlumatına görə, bu sözləri Energetika Nazirliyinin məsləhətçisi Camal Tahirov bu gün Bakıda keçirilən “E5P çərçivəsində Azərbaycandakı enerji səmərəliliyi və bərpa olunan enerji üçün imkanlar” seminarında deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda elektroenergetika sahəsində enerji təhlükəsizliyi məsələləri həll olunub. “Hal-hazırda isə bizim əsas ehtiyacımız olan məsələlərdən biri istilik təchizatı məsələsidir. Bu sahədə biz “Azəristiliktəchizat” ASC və Nizami rayon İcra Hakimiyyəti nümayəndələri ilə birgə araşdırma aparmışıq. Məlum oldu ki, yerlərdə bu sahənin inkişafına ehtiyac var”, - deyə C. Tahirov bildirib.

 

C.Tahirov qeyd edib ki, layihənin tələblərindən biri Azərbaycanın bu təşkilata üzv olması və müəyyən ödənişlər həyata keçirməsidir. Hökumət və Maliyyə Nazirliyi tərəfindən bu məsələlər həll olunduqdan sonra C. Tahirov Energetika Nazirliyinin bu layihədə iştirak etməyə və layihələr təklif etməyə hazır olduğunu vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • movlut cavusoglu azerbaycana sefer edecek
    Mövlut Çavuşoğlu Azərbaycana səfər edəcək
  • azerbaycan qazaxistana yuksek gerginlikli kabel mehsullari ixrac edib
    Azərbaycan Qazaxıstana yüksək gərginlikli kabel məhsulları i...
azerbaycan qazaxistana yuksek gerginlikli kabel mehsullari ixrac edib azerbaycan qazaxistana yuksek gerginlikli kabel mehsullari ixrac edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027