Energetika Nazirliyində “Statoil-un Enerji Perspektivləri” hesabatının təqdimatı keçirilib

“Statoil” şirkəti Azərbaycanın “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı tədqiqatlarının yekunlarına dair hesabatı Energetika Nazirliyinə təqdim edib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, energetika naziri Natiq Əliyev ölkə iqtisadiyyatında neft-qaz sektorunun əhəmiyyətli çəkiyə malik olduğunu, bu baxımdan gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində neft-qaz ehtiyatları və hasilatın həcmi ilə bağlı proqnozların vacibliyini bildirib.

 

Onun sözlərinə görə hazırda neft-qaz yataqlarının işlənməsində iri layihələr həyata keçirilir və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının işlənməsi bu istiqamətdə növbəti mərhələni təşkil edə bilər. SOCAR ilə ”Statoil” arasında bu yataqların işlənməsi üzrə proseslərin intensivləşməsi aktuallıq kəsb etməklə yanaşı, məqsədə tam uyğundur.

 

“Statoil”un Azərbaycan üzrə meneceri Karsten Stoltenberq isə şirkətin Azərbaycanda 25 ildir ki, fəaliyyət göstərdiyini və ikinci ən böyük investor statusunu qoruyub saxladığını deyərək, bu illər ərzində uğurlu əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib. O, “Statoil”un “Şahdəniz” layihəsini tərk etsə də, “Azəri-Çıraq-Günəşli”, digər layihələrdə SOCAR-ın əsas tərəfdaşlarından biri olaraq qaldığını və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqları üzrə uzunmüddətli əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.

 

O, 2012-ci ildə təmsil etdiyi şirkətin “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının kəşfiyyatı ilə bağlı işlərə başladığını, 2014-cü ildə isə SOCAR-la müqavilə imzaladığını xatırladaraq, yeni texnologiyaların tətbiqi nəticəsində 90-cı illərin sonunda aparılmış tədqiqatlarla müqayisədə əhəmiyyətli nəticələr əldə edildiyini bildirib. “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı tədqiqatların təqdimatı zamanı sahədə quyuların qazıldığı, 3D seysmik kəşfiyyat işləri aparıldığı, çıxarıla bilən və yerində olan neft-qaz ehtiyatlarının ilkin göstəricilərdən daha çox aşkarlandığı barədə məlumatlar diqqətə çatdırılıb. Bununla yanaşı qeyd edilib ki, “Aypara” perspektiv strukturu da tədqiqata cəlb edilib və neft-qaz ehtiyatları hesablanıb.

 

N. Əliyev isə yekun olaraq deyib ki, Azərbaycanın yaratdığı infrastrukturun uzunmüddətli işləkliyinin təmin edilməsi üçün yeni resurslara ehtiyac var və belə hesablama və tədqiqatlar imkanların qiymətləndirməsi üçün son dərəcədə vacibdir. Nazir “Statoil”u işləri sürətləndirərək danışıqlar mərhələsindən saziş mərhələsinə keçirməyə çağırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ